Bakılı qrossmeyster: “Qeyri-adi gedişlər yox idi”

Bakıda keçirilən şahmat üzrə qran-pri turnirinin 9-cu turunda Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra həmyerlimiz matç haqda bunları deyib:
“Debütümdən çox razı qaldım. Əlbəttə, bu bir zarafatdır. Necə debütdən razı qala bilərəm, əgər ilk 5 gediş üçün 1 saat düşünməli oldum. Oyun normal alındı. Sadəcə, hazırlıqdan kənar gedişlər etməli oldum. Görüşü təhlil etmişdim. Sadəcə, vaxtı ilə oynadığımız gedişləri gözləmirdim. Müəyyən fiqurlar əvəzetməli oldum. Qeyri-adi gedişlər yox idi. Partiya heç-heçəyə gedirdi. 1998-ci ildə Kramnikin oynadığı partiyaya bənzərlik var idi. Həmin illərdə yaşım az olduğundan indi o gedişləri təhlil etmək düzgün olmazdı”.
Sergey Karyakin də partiyadakı gedişlərin 1998-ci ildə rusiyalı dünya çempionu Vladimir Kramnikin oyununa bənzədiyini söyləyib: “Kramnik tərəfindən oynanılan gedişlərə bənzərlik çox idi. Pozisiyanı təhlil etmişdim. Rəqib düzgün oynamağa çalışırdı. Ağlar da başqa variant görünürdü. Sadəcə oyun heç-heçəyə yönlənmişdi. Maraqlı gedişlər var idi, sadəcə sonda heç-heçəylə razılaşdıq”.

 

Həmin kateqoriyadan