“BAKU OPEN-2015”-ə start verildi

Bu gün Respublika Şahmat Mərkəzində dövlət müstəqilliyinə həsr olunmuş “BAKU OPEN-2015” beynəlxalq uşaq turniri başlanmışdır. Allsport.az saytı xəbər verir ki, yarışın rəsmi açılışında AŞF-in 1-ci vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, millinin baş məşqçi Fikrət Sideifzadə, BŞGİBİ-nin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, RŞM-in direktoru Məcid Əfəndiyev, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə iştirakçıları salamlayıb, onlara müvəffəqiyyətlər arzulamışlar.

2003-cü il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Gəncə, Sumqayıt, Ağdam, Quba, Şabran, Ucar, Zəngilan, Lənkəran, Şəmkir şəhər və rayonları ilə yanaşı Özbəkistan Respublikasını təmsil edən 90 nəfər idmançı (onlardan 21 nəfəri qızlardır) iştirak edir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir. Turnirə 14 sentyabr tarixində yekun vurulacaq.

Həmin kateqoriyadan