- Baxış sayı: 38
- 23 Sentyabr 2026 16:44
- Baxış sayı: 278
- Sentyabr 17, 2026
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, paytaxt klubu dördüncü sınağında Türkiyənin “Kasımpaşa” komandası ilə qarşılaşıb.
Oyun Bakı təmsilçisinin üstünlüyü şəraitində keçib. Rəqibinə 3 qol vuran “İnter” inamlı qələbəyə sevinib.
Qeyd edək ki, “bankirlər” bundan öncə yerli “İnəgölspor” (4:1), Almaniyanın “Enerji” (1:1) və Qazaxıstanın “Kayrat” (3:1) klubları ilə yoxlama oyunu keçirmişdi.
Yoxlama oyunu
17 yanvar
“İnter” – “Kasımpaşa” – 3:1 (2:0)
Qollar: J.Nildo, 10 (1:0). M.Mirzəbəyov, 28 (2:0). M.Alvaro, 80 (3:1).