Baş idarədə medal qazanan taekvondoçularla görüş

Bakı şəhər gənclər və idman baş idarəsində, Estoniya paytaxtı Tallində klublararası Avropa çempionatında uğurla çıxış etmiş kiçikyaşlı taekvondoçularla görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda BŞGİBİ-nin rəisi Raqif Abbasov, kütləvi -bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, “Ümid” taekvondo klubun rəhbəri İlkin Şahbazov iştirak ediblər.

Baş idarəsi tərəfindən ezam olunan Sabir Məmmədli (27 kq) qızıl, Coşqun Məmmədzadə (33 kq) gümüş, Rasim Qarayev (27 kq) və Kənan Balayev (30 kq) bürünc medallara sahib olublar.

Sonda idmançılarla xatirə şəkli çəkilib, onlara hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan