“Belə yarışda adi qrosmeyster də qalib ola bilər”

“Sevindirici haldır ki, ənənəvi Vüqar Həşimov memorialı bu il baş tutdu. Pandemiya səbəbindən keçən il bu nüfuzlu yarış keçirilməmişdi. Bu da yaxşı haldır ki, yarış ilk dəfə Bakıda təşkil edilir”.

Allsport.az saytı xəbər verir ki, bunu Rauf Məmmədov superturnirin açılışında deyib. 3-qat qitə çempionu rapid və blits yarışlarında qaliblə bağlı proqnoz verməyin çətin olduğunu qeyd edərək deyib:

“Belə yarışda hətta adi qrosmeyster də qalib gələ bilər. Azərbaycan şahmatçısı Vüqar Əsədli, eləcə də Şəhriyar Məmmədyarov, yaxud da ABŞ təmsilçisi Fabiano Karuana yarışın qalibi ola bilər”.

Həmin kateqoriyadan