- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

“İnter”in qapıçısı Yan Sommer karyerasını Belçikada davam etdirəcək.
Allsport.az xəbər verir ki, isveçrəli qolkiper “Brügge”yə keçəcək.
Tərəflər keçidlə bağlı tam razılıq əldə ediblər. 37 yaşlı qapıçı Belçika klubu ilə qısamüddətli müqavilə imzalayacaq.
Sommerin bir neçə təklif aldığı, o cümlədən İspaniyadan sərfəli variantının olduğu bildirilir. Lakin təcrübəli qolkiper “Brügge”yə keçməyə üstünlük verib. O, yeni komandasında əsas qapıçı olacaq.
Yan Sommer 2025/26 mövsümünün sonunda “İnter”dən azad agent kimi ayrılıb. O, karyerası ərzində “Bavariya” və Mönhenqladbax “Borussiya”sında da çıxış edib.