5 Azərbaycan qrossmeysteri şəxsi Avropa birinciliyində iştirak edəcək

Fevralın 23-də İsrailin Qüds şəhərində şahmat üzrə şəxsi Avropa birinciliyi başlayacaq. Allsport.az xəbər verir ki, həmin turnirdə Azərbaycanın beş nümayəndəsi iştirak edəcək.

Avropa birinciliyi medalları uğrunda qrossmeysterlər Rauf Məmmədov (2650), Qədir Hüseynov (2614), Namiq Quliyev (2536), Nicat Abbasov (2523) və Vüqar Rəsulov (2508) mübarizə aparacaq.

Turnirdə 33 ölkədən 252 şahmatçı iştirak edəcək. 173 iştirakçının FİDE versiyası üzrə beynəlxalq dərəcələri var. Şəxsi Avropa birinciliyi martın 7-də başa çatacaq.

Həmin kateqoriyadan