Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti Bakıda

Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti Bakıda səfərdə olub. Allsport.az xəbər verir ki, FİDE-nin vitse-prezidenti, hazırda prezident səlahiyyətlərini icra edən Georgios Makropulos, eləcə də digər vitse-prezident İzrael Gelfer, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili 2 günlük səfər müddətində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və vitse-prezident, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədovla görüşüblər.

Görüş zamanı Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlığı müzakirə edilib. Qonaqlar Bakı Şahmat Olimpiadasının keçiriləcəyi Crystal Hall-da olublar.

(Bakı Şahmat Olimpiadasının mətbuat xidməti)

Həmin kateqoriyadan