Bilet üçün 17 milyon müraciət

DÇ-2022-nin oyunları üçün bilet satışının ilk dövründə edilən müraciətlərin sayını açıqlayıb. Allsport.az xəbər verir ki, Qətərdə keçiriləcək mundiala bilet üçün 17 milyondan çox azarkeş müraciət edib.

Bu il dekabrın 18-də keçiriləcək final matçı üçün isə 1,8 milyon sorğu gəlib. DÇ-2022 üçün ilk bilet satışı dövrü yanvarın 19-da başlayıb və fevralın 8-də bitib. Bilet sahibləri FIFA-nın rəsmi saytında təsadüfi püşklə müəyyənləşəcək. Bilet satışının 2-ci dövrü apreldə başlayacaq.

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-nə qədər olacaq.

Həmin kateqoriyadan