- Baxış sayı: 50
- 10 Noyabr 2026 23:45
- Baxış sayı: 319
- Noyabr 09, 2026
- 0

Almaniyada keçirilən 32-ci ümumdünya yay universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız bir qızıl və bir gümüş medal qazanıb.
Allsport.az xəbər verir ki, gimnastlar lentlə hərəkətlərdə qızıl, 3 top və 2 halqa ilə isə gümüş medal əldə ediblər.
Beləliklə, Yelizaveta Luzan, Dərya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadədən ibarət komandamız universiadanı ümumilikdə 2 qızıl və 1 gümüş medalla başa vurublar.