“Qəbələ” “İnter”i son dəqiqədə məğlub etdi, “Qarabağ” fərqi daha da artırdı

Bu gün Topaz Premyer Liqasında 26-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq turun matçları eyni günə təsadüf edib.

Turun açılış matçında autsayder “Bakı” doğma meydanda son dövrlər inamlı çıxışı ilə diqqət çəkən “Simurq”u qəbul edib. Zaqatala təmsilçisi zəif rəqibi üzərində 3 cavabsız qolla asan qələbəyə sevinib.

AzAL doğma meydanda “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Hesabı qonaqlar açıblar. Amma elə ilk yarıda oyunda dönüş yaratmağı bacaran “təyyarəçilər” ikinci yarıda daha bir qol vuraraq, əzmkar qələbəyə seviniblər.

Son çempion və lider “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Bu oyunda da əzmkar qələbə qeydə alınıb. Hesabı meydan sahibləri açsa da, qonaq komanda Reynaldonun dublu sayəsində 3 xala sahib çıxıblar.

Turun mərkəzi və qapanış matçında isə “İnter” “Qəbələ”ni qonaq edib. Qələbə qonaqlara qismət olub. Nəticədə, liderlə izləyicisi arasındakı xal fərqi daha da böyüyüb.

Topaz Premyer Liqası
26-cı tur
18 mart (çərşənbə)

“Bakı” – “Simurq” – 0:3 (0:2)
Qollar: S.Zərgərov, 3 (0:1). D.Çeran, 40 (0:2). S.Zərgərov, 75 (0:3).
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 55. Aydın Mustafazadə, 6. Vüqar Bəybalayev, 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 99. Kamil Nurəhmədov, 77. Ramazan Abbasov, 10. Nurlan Novruzov (k), 9. Raul Yaqubzadə, 5. Georgios Pelagias.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 15. Azad Kərimov, 11. Tural Qürbətov, 21. Elşad Manafov, 28. Ülvi Quliyev, 16. Rüstəm Rüstəmli.
Baş məşqçi: İbrahim Uzunca.
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 22. Cihan Özkara, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 13. Əli Kökdemir, 15. Stepan Polyak.
Baş məşqçi: Georgi Çixradze.

AzAL – “Xəzər Lənkəran” – 3:1 (2:1)
Qollar: İ.Ələkbərov, 14 (0:1). V.Kutsenko, 20 (1:1). F.Mombonqo, 42 (2:1). F.Mombonqo, 61 (3:1).
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Etibar Həsənov.
Bakı. “AzAL Arena”.

AzAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 8. Seymur Əsədov, 3. Xuan Fransisko, 20. Freddi Mombonqo, 25. Valeri Kutsenko.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 23. Aleksandr Şemonayev, 12. Luis Ramos, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 18. Orxan Lalayev, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.
“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 6. İlqar Ələkbərov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Nurxan Mənsimzadə, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 63. Alfred Sanko, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 3. Rasim Ramaldanov, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 96. Anar Babazadə, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.

“Sumqayıt” – “Qarabağ” – 1:2 (0:0)
Qollar: M.Ağayev, 51 (1:0). Reynaldo, 54 (1:1). Reynaldo, 70 (1:2).
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 10. Tərzin Cahangirov, 11. Şahin Əliyev, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 76. Uğur Pamuk, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.

“İnter” – “Qəbələ” – 1:2 (0:1)
Qollar: A.Qay, 39 (0:1). A.Amisulaşvili, 74 (1:1). R.Abışov, 90+1 (1:2).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Vüsal Əliyev.
Bakı. “İnter Arena”.

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 7. Abdulla Abatsiyev, 11. Asif Məmmədov, 12. Franko Nildo, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 7. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 32. Mixail Sivakov, 99. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.

Bombardir:
11 – Nurlan Novruzov (“Bakı”), Draqan Çeran (“Simurq”).

Həmin kateqoriyadan