Birinci gün kimlər fərqləndi?

Atletika ölkə çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, açılışda çıxış edən Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov, idmançılarımızı qarşıda nüfuzlu yarışlar gözlədiyini və bu səbəbdən ölkə çempionatının xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Yarışda paytaxtın müxətlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da mübarizə aparırlar. Ölkənin ən güclü atletlərinin qatıldığı yarış Krakovda təşkil olunacaq III Avropa oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyır.

Eyni zamanda dünya atletikasının qlobal təqvim platformasına yerləşdirilən 94-cü Azərbaycan çempionatı avqust ayında Budapeştin ev sahibliyi edəcəyi dünya çempionatı və digər nüfuzlu yarışlara reytinq xallarının qazanılması üçün önəm kəsb edir.

Qaliblər
100 m – Əlhəm Nağıyev, Lamiyə Vəliyeva
400 m – Cavid Məmmədov, Lamiyə Vəliyeva ( 55.57 Azərbaycan rekordu)
1500 m – Elman Abışov, Anna Yusupova
Hündürlüyə tullanma – Nikita Neftyakov, Ləman Hüseynova

400 m sədlərlə qaçış – Ləman İsfəndiyarova
Nüvə itələmə – İsmayıl Əliyev, Günel Hüseynova
Üç təkanla tullanma – Cabir Əliyev

Həmin kateqoriyadan