- Baxış sayı: 136
- 19 İyun 2026 18:40
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Allsport.az xəbər verir ki, rusiyalı şahmatçı Anastasiya Bodnaruk şahmat üzrə dünya çempionatında Ukraynadan olan rəqibləri ilə münasibətlərindən danışıb:
“Oyundan sonra Muzıçuk mənim əlimi sıxdı? Yox. Biz ukraynalı şahmatçılarla əlaqədə olmuruq, amma bu mənə, təcrübəli şahmatçıya təsir etmir.
Rusiya bayrağının olmamasının təsiri varmı? Biz artıq buna öyrəşmişik. Sürətli və blits oynayanda, ümumiyyətlə, mümkün qədər oyuna diqqət yetirirsən və ətrafda heç nə hiss etmirsən”.