Qüdsdə bizdən ən yaxşı nəticəni Rauf Məmmədov göstərdi

Qüdsdə kişilər şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb. Allsport.az xəbər verir ki, turnirdə 33 ölkədən 118-i qrossmeyster olmaqla 256 nəfər mübarizə aparıb. Ölkəmizi bu rəqabətdə 5 idmançı təmsil edib.

Bizdən ən yaxşı nəticəni Rauf Məmmədov göstərib. O, 11 oyundan 7 xal toplayaraq, 48-ci olub. Digər şahmatçılarımız Qədir Hüseynov, Namiq Quliyev, Nicat Abbasov və Vüqar Rəsulov ilk 100-lüyə düşə bilməyiblər.

Yarışın əsasnaməsinə görə çempionatda ilk 23 yeri tutanlar Dünya Kubokuna vəsiqə qazanıblar. Qalib adını 8,5 xalla rusiyalı Yevgeni Noyer qazanıb.

Həmin kateqoriyadan