VİDEO
“Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir”

Bu gün ölkə başçısı İlham Əliyev, Macarıstanda keçirilmiş Avropa çempionatında böyük uğur qazanan güləş komandalarını qəbul edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan prezidenti söhbətində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun konfrans liqasının 1/16 finalında “Marsel”ə qarşı ev oyundakı jestindən də söz açıb:

“Misal üçün, biz indi bunu futbol yarışlarında da gördük. Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik”.

Həmin kateqoriyadan