Boccia millimizin Zaqatalada təlim-məşq toplanışı başlayıb

Boccia idman federasiyasının üzvləri təlim-məşq toplanışında iştirak edirlər. Allsport.az xəbər verir ki, millimizin üzvləri koronavirus pandemiyası ilə əlaqədar məşqləri bir neçə ay ərzində ev şəraitində davam etdiriblər.

İdmançıların fiziki hazırlığını artırmaq məqsədilə yığmamız 18 nəfərlik heyətlə Zaqatala olimpiya idman kompleksində açıq havada hazırlıq prosesinə start verib.

Avqustun 19-dək davam edəcək təlim-məşq toplanışı gənclər və idman, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin və milli paralimpiya komitəsinin dəstəyi ilə keçirilir.

Hazırlıq prosesi zamanı komandanın üzvləri sosial məsafə və digər karantin qaydalarına məsuliyyətlə riayət edirlər.

Həmin kateqoriyadan