Bölgələrdə istedad axtarışı

Milli olimpiya komitəsi və atletika federasiyası bölgələrdə istedad axtarışına start verib. Allsport.az saytı xəbər verir ki, layihə çərçivəsində ekspert qrupunun 5 müxtəlif rayona səfəri planlaşdırılıb. İsmayıllı rayon 3 nömrəli məktəb-liseydə atletika üzrə 3 müxtəlif növdə (30 metrəyə qaçış, top atma və uzunluğa tullanma) uşaqların bacarıqları sınaqdan keçirilib.

50 uşaq (25 qız, 25 oğlan) arasında keçirilən yarışda ümumi nəticələr üzrə 3 növün cəminə görə 10 qız və 10 oğlan həmçinin, hər növ üzrə ayrı-ayrılıqda qalib və mükafatçılar müəyyən olunub. İştirakçılar sertifikatlarla təltif olunub və qaliblər mükafatlandırılıb.

Sonra ekspert qrupunun üzvləri İsmayıllı olimpiya idman kompleksini ziyarət edərək rayonda atletika idman növü ilə məşğul olan uşaqların məşq ilə yaxından tanış olub. 2-ci səfər Şamaxıya planlaşdırılır.

Həmin kateqoriyadan