Boris Gelfand ölkəmizdə

Şahmat üzrə dünya kubokunun qalibi Boris Gelfand Azərbaycan şahmat federasiyasının (AŞF) dəvəti əsasında Bakıya gəlib.

Allsport.az xəbər verir ki, bu gün qurumun prezidenti Mahir Məmmədovla görüşən Gelfand daha sonra şahmatçılara təqdim olunub.

İsrail şahmatçısıyla əldə olunan razılıq əsasında o, zəngin təcrübəsini mütəmadi olaraq azərbaycanlı şahmatçılarla bölüşəcək. Ölkəmizdə olduğu müddətdə tanınmış şahmatçı Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Xəzər Babazadə, Abdulla Qədimbəyli, Vüqar Əsədli və digərləriylə məşğul olacaq.

Həmin kateqoriyadan