Boris Gelfand şahmatçılarla görüşdü

Şahmat üzrə dünya kubokunun qalibi Boris Gelfand Azərbaycan şahmat federasiyasında olub.

Allsport.az xəbər verir ki, İsrail təmsilçisi gənclərdən və qadınlardan ibarət yığma komandanın üzvləri ilə görüşüb.
Şahmatçıları maraqlandıran suallara cavab verən Boris Gelfand zəngin təcrübəsini onlarla bölüşüb.

Qeyd edək ki, Boris Gelfand bir neçə gün əvvəl Qəbələdə keçirilən 9-cu “Vüqar Həşimov xatirəsi”ndə də mübarizə aparıb.

Uzun illər İsrail milli komandasında çıxış edən B.Gelfand 2009-cu ildə dünya kuboku, 2011-ci ildə isə iddiaçılar turnirinin qalibi olub. O 2012-ci ildə şahmat üzrə dünya çempionluğu matçında iştirak edib.

Həmin kateqoriyadan