Boyanka Kostovadan rekord – 3-qat Avropa çempionluğu!

Norveçin Forde şəhərində keçirilən ağırlıqqaldıranların Avropa çempionatında qızıl medal qazanan Boyanka Kostova (58 kq) Azərbaycan millisinin heyətində rekord göstərib. Allsport.az saytının statistika bölməsinin məlumatına görə, buna qədər 2 dəfə qitənin ən güclülərinin yarışında baş mükafata sahib çıxan xanım idmançı (2012 və 2014), bu uğurla komanda yoldaşı Valentin Xristovu geridə qoyub. Legionçumuzun həmvətəni də 3 dəfə qitə çempionu olsa da, dopinqə düşdüyündən qələbəsinin biri hesabından silinib.

Həmin kateqoriyadan