“Böyük qürurla tarixi Şuşada şahmat turnirinin keçiriləcəyini söyləyirəm”

Gənclər və idman Nazirliyi ilə şahmat federasiyası Şuşada beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu barədə AŞF-in prezidenti Mahir Məmmədov açıqlama verib:

“Böyük qürurla tarixi Şuşada şahmat turnirinin keçiriləcəyini söyləyirəm. Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə beynəlxalq turnirin təşkilatı məsələləri üzərində iş başlayıb.

Təşkilati işlərdə gənclər və idman nazirliyi ilə yanaşı Şuşa şəhəri dövlət qoruğu idarəsi də yaxından iştirak edir. Qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq.

21-24 sentyabrda Şuşa turnirində ölkəmizin və dünyanın məşhur şahmatçılarının iştirakını planlaşdırırıq. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək”.

Həmin kateqoriyadan