Brilyant liqasının finalında dünya rekordu qırıldı

Efiopiyalı yüngül atlet Qudaf Tseqay, brilyant liqasının finalında 5 000 metr məsafəyə qaçışda yeni dünya rekordu qırıb.

Allsport.az xəbər verir ki, o, məsafəni 14 dəqiqə 0,21 saniyəyə qət edərək Brilyant Liqasının qalibi olub. Bundan əvvəlki dünya rekordu da keniyalı Feyt Kipyeqona məxsusdur. O, Monakoda Almaz Liqasında 1 mil (1,609 m) məsafədə dünya rekordu qırıb. İdmançı məsafəni 4 dəqiqə 7,64 saniyəyə qət edib.

Həmin kateqoriyadan