“Bu bir nağıl idi”

Allsport.az xəbər verir ki, “Venesiya”nın yarımmüdafiəçisi Denis Çerışev 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatı ilə bağlı xatirələrini bölüşüb:

“Bu bir nağıl idi. O hissləri sözlərlə ifadə edə bilmirəm. Mənim üçün bu bir xəyal idi, amma gerçəkləşən bir xəyal idi. Sadəcə Səudiyyə Ərəbistanı ilə oyunda ehtiyat oyunçular skamyasında oturmuşdum, 1 dəqiqəlik də olsa meydana çıxmaq istəyirdim ki, nəvələrimə dünya çempionatında oynadığımı deyim. Və sonda baş verənləri istənilən şəxs üçün gerçəkləşən yuxu adlandırmaq olar”.

Həmin kateqoriyadan