“Bu dəfə turnirin yerləşdiyi gözəl otelə valeh oldum”

Bakıda keçirilən Dünya Kubokunun finalında mübarizə aparacaq Rusiya şahmatçısı Sergey Karyakin açıqlama verib. Alllsport.az saytı xəbər verir ki, ukrayna əsilli qrossmeyster yarışın təşkilatçılığı barədə bunu deyib:

“Azərbaycanda məni təəccübləndirmək çox çətindir. Çünki, Bakıda və Şəmkirdə yarışlarda iştirak etmişəm. Lakin bu dəfə turnirin yerləşdiyi gözəl otelə valeh oldum. Bakı hər il dəyişir. Təşkilatçılıq barədə yalnız xoş sözlər deyə bilərəm.

Artıq indidən söyləmək olar ki, gələn il baş tutacaq şahmat olimpiadası da şahmat tarixində ən yaxşı təşkilatçılıqla yadda qalacaq”.

Həmin kateqoriyadan