“Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik”

“Dalğa Arena”da millətlər liqasında Azərbaycan millisi Belarus futbolçularına 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçi Canni de Byazi bunu söyləyib:

“Nəhayət qələbə qazandıq. Mən sevinirəm. Özüm üçün yox, futbolçular üçün sevinirəm. Çünki onlar buna layiqdirlər. 11 günə 4 oyun keçirdik. Ağır oyunlar oldu. Mövsümün sonu olduğu üçün çox çətin idi. Amma bu gün qalib gələ bildik.

Qazaxıstanın lider olması sürpriz görünə bilər. Maraqlı məqam odur ki, onlarda mövsüm davam edir. Digər ölkələrdə isə mövsüm bitib və bu fiziki baxımdan özünü göstərir. Qazaxıstana qarşı da yaxşı oynamışdıq. Təəssüf ki, imkanlardan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi. Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik.

2 hücumçudan başqa, Aleksey İsayev və Coşqun Diniyevi xüsusi qeyd etməliyəm. Start heyətdə meydana çıxanlar da sonadək vuruşdular. Bu, Slovakiya ilə matçdan sonra çətin idi. Amma oyunçular bunu bacardılar”.

Həmin kateqoriyadan