Bü gün Şəhriyar Məmmədyarov 1/2 finala çıxacaqmı?

Bakıda keçirilən şahmatçıların Dünya Kubokunda mübarizəni davam etdirən Şəhriyar Məmmədyarov (2736) bu gün 1/4 finalda həlledici matça çıxır. Allsport.az saytı xəbər verir ki, 2 partiyadan sonra rusiyalı Sergey Karyakinlə (2753) heç-heçələr edən qrossmeyster, tay-brekdə məsələyə aydınlıq gətirəcək.

Xatırladaq ki, nokaut sistemi üzrə keçirilən bu yarışın qalibi və finalçısı dünya çempionu adı uğrunda matçda iddiaçıların turnirinə vəsiqə alacaq. Dünya Kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. Turnirin qalibi 96 min, finalçı 64 min qazanacaq.

Həmin kateqoriyadan