“Bu qədər irəliləyəcəyimi gözləmirdim”

Bakıda dünya kubokunda yarımfinala vəsiqə qazanan Nicat Abbasov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, şahmatçımız cavab oyununda Hindistan təmsilçisi Vidit Santoş üzərində qazandığı qələbədən danışıb:

“Cavab oyununa adi qaydada hazırlaşmışdım. Xüsusi hazırlıq olmayıb. Oyun vaxtı konsentrasiyanı saxlamağa çalışırdım. Rəqib müəyyən səhvlər etdi, bu vəziyyət təşəbbüsü ələ almağıma şərait yaratdı. Nəticədə qalib gələrək mübarizəni davam etdirmək imkanı qazandım.

Əlbəttə, turnirdən öncə bu qədər irəliləyəcəyimi gözləmirdim. Amma insanların dəstəyi, şahmat həvəskarlarının göstərdiyi diqqət mənə əlavə güc verir. Hamıya təşəkkür edirəm. Azərbaycan xalqının dəstəyini hiss edirəm. Möhtəşəm duyğudur. Bu dəstək mənə stimul verir. Yorulanda çıxışımla bağlı yazılan dəstək sözlərini oxuyuram, bir qədər dincəlmiş oluram”.

Həmin kateqoriyadan