- Baxış sayı: 41
- 06 May 2026 12:23
- Baxış sayı: 31
- May 06, 2026
- 0

Boks millimizin böyük məşqçisi Nəriman Abdullayev ilk günün nəticəsini qiymətləndirib. Allsport.az saytı xəbər verir ki, o, 2 təmsilçimizin yenilməsi barədə bunu söyləyib:
“Tayfur Əliyev döyüşün 1-ci raundunda qalib gəlmişdi. Raundun axırında zərbə buraxdı. Bu, bir az ağır alındı. 2-ci raundda döyüş öz xarakterini dəyişdi. Bəli, razıyam, burda uduzdu.
3-cü raunddan bir qədər narazıyıq. Bu raundda hər 2 tərəfə qələbə vermək olardı. Tayfur 2-ci raundu əldən verməsə, qalib gələ bilərdi. İkinci raund elə davam etdi ki, bu hesabdan geri-dönüş alınmadı.
Lorenzo Sotomayor daha yaxşı döyüşə bilərdi. Axırıncı raundda boksçumuzun döyüşündə müsbət dəyişiklik vardı, lakin qaşı zədələndiyi üçün hakimlər görüşü yarımçıq dayandırdılar”.