“Bu uğurlu seriyanı davam etdirmək haqqında düşünürük”

“Qəbələ” Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində aprelin 17-də qarşılaşacağı “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Elvin Camalov qarşılaşma və ardıcıl 6 qələbə qazanan komandanın çıxışları ilə bağlı fikirlərini klub saytına açıqlayıb:

“Neftçi” ilə oyunda qələbə qazanıb, xal fərqini azaltmağa çalışacağıq. Çempionatı ilk “üçlük”də bitirib, mükafatçılar sırasına düşmək istəyirik. Ən əsası isə avrokuboklara vəsiqə qazanmalıyıq. Bunun üçün isə qarşıdakı bütün oyunlarda maksimum çalışıb, qalib gəlməliyik. Son 6 çempionat oyununda qələbə qazanmışıq.

Bu uğurlu seriyanı davam etdirmək haqqında düşünürük. Biz oyundan-oyuna daha da yaxşı çıxış etməyə, bizi dəstəkləyən hər kəsi sevindirməyə çalışacağıq”.

Həmin kateqoriyadan