Bugünkü turun heyətləri

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

Allsport.az xəbər verir ki, kişilərdən ibarət komanda Ukrayna yığması ilə, qadınlar isə Macarıstanla üz-üzə gələcək.

7 turdan sonra 11 xalı olan kişilərdən ibarət yığma Ukrayna ilə birlikdə şərikli liderdir. Qadınlar isə 9 xalla Polşa, Niderland və Macarıstanla birgə 5 – 8-ci yerləri bölüşür.

Avropa çempionatı, VIII tur
20 noyabr

Kişilər
Azərbaycan – Ukrayna

Teymur Rəcəbov – Anton Korobov
Rauf Məmmədov – Andrey Volokitin
Qədir Hüseynov – Yuri Kuzubov
Nicat Abbasov – Kirill Şevçenko

Qadınlar
Macarıstan – Azərbaycan

Sidoniya Lazarne – Günay Məmmədzadə
Titsiya Qara – Gülnar Məmmədova
Joka Qaal – Xanım Balacayeva
Barbara Mihok-Yuhas – Gövhər Beydullayeva

Həmin kateqoriyadan