Bülənd Ərən: “Yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın Türkistan!”

“İlk öncə, Azərbaycan dövlətinə, Mingəçevir xalqına, ölkə prezidenti İlham Əliyevə və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür edirəm ki, bu cür yüksək səviyyəli təşkilatçılıq ediblər. Burada olmaqdan çox xoşbəxt, sevincli və qürurluyuq. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Biz bunu burada yaxşıca anladıq. Həqiqətən də biz 2 dövlət, 1 millətik. Yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın Türkistan!”

Allsport.az saytı xəbər verir ki, bunu KİV-ə açıqlamasında Türkiyənin avarçəkmə federasiyasının səlahiyyətli nümayəndəsi Bülənd Ərən dedi. O, 6-7 mayda ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə keçiriləcək “Prezident kuboku-2022” reqatasında yaxşı hazırlaşdıqlarını qeyd etdi:

“Bizim komandada yer alanlar beynəlxalq təcrübəyə malikdirlər. Ən son bu yaxınlarda Xorvatiya paytaxtı Zaqrebdə çıxış ediblər. Millidə avarçəkmə və kanoedə Avropa və dünya çempionları yetişdirmişik. Olimpiya oyunlarında 7-ci yer tutanımız da var. Komandamız burada rəqabətə rəng qatacaq. Çox istərdik ki, Azərbaycan avarçəkənləri ilə Türkiyədə birgə təlim-məşq toplanışı keçək”.

Kamran HACI, Mingəçevir

Həmin kateqoriyadan