Bunu bacaran 3-cü yığma oldu

Bunu bacaran 3-cü yığma oldu

Fransa yığması DÇ-2026-nın 1/4 final matçında Mərakeşə 2:0 hesabı ilə qalib gəlib.

Allsport.az xəbər verir ki, “üçrənglilər” çempionatları tarixində ardıcıl üç dəfə yarımfinala yüksəlməyi bacaran üçüncü komanda olublar.

​Fransızlardan öncə bu nailiyyətlə Almaniya – üç dəfə (1966, 1970, 1974; 1982, 1986, 1990 və 2002, 2006, 2010, 2014) və Braziliya (1994, 1998, 2002) yığmaları yadda qalıb.
​Bu, həmçinin Fransa yığması üçün tarixdə 8-ci dünya çempionatı yarımfinalı olacaq. Onlar bundan əvvəl 1958, 1982, 1986, 1998, 2006, 2018 və 2022-ci illərdə yarımfinala yüksəliblər. Fransızlar 1998 və 2018-ci illərdə turnirin qalibi olublar.

​Fransa yığmasının baş məşqçisi Didye Deşam üçün bu, ardıcıl üçüncü yarımfinaldır və bu, dünya çempionatları tarixində rekordun təkrarıdır. Ondan əvvəl almaniyalı Helmut Şon 1966, 1970 və 1974-cü illərdə bu nailiyyətə imza atıb.

​Deşam, həmçinin dünya çempionatlarında keçirilən oyunların sayına görə də Şonun rekorduna şərik olub. Hər iki mütəxəssisin hesabında 25 qarşılaşma var. ​Bundan əlavə, Deşam dünya çempionatlarının pley-off mərhələlərində qazandığı qələbələrin sayını 11-ə çatdıraraq öz rekordunu yeniləyib. Ümumilikdə, 57 yaşlı mütəxəssisin aktivində dünya çempionatı matçlarında 18 qələbə var ki, bu da rekord göstəricidir.

Həmin kateqoriyadan