- Baxış sayı: 23
- 22 Sentyabr 2026 16:53
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

Parisdə keçirilən olimpiya oyunlarının boks turnirinin qalibi əlcəzairli İman Xəlif 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadada iştirak etməyə hazır olduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, o, transgender olmadığını bildirib: “Birbaşa cavab verəcəm – ABŞ prezidenti Donalt Tramp ABŞ-da transgender siyasəti ilə bağlı qərar verib. Mən transgender deyiləm. Bunun mənə aidiyyəti yoxdur və məni qorxutmur. Bu mənim cavabımdır.
Təbii ki, bütün gücümlə qızıl medalı qoruyacağam”.