- Baxış sayı: 53
- 21 İyul 2026 23:26
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Neymar millidə karyerasını başa vuracağına işarə edib.
Allsport.az saytı xəbər verir ki, 6 iyul gecəsi (Bakı vaxtı ilə) Braziliya dünya çempionatının 1/8 finalında Norveçə 1-2 hesabı ilə məğlub olub. Oyun ABŞ-ın Şərqi Rezerford şəhərində “Metlayf” stadionunda baş tutub. 34 yaşlı hücumşu 100-cü dəqiqədə penaltidən qol vurub.
“Dünya Kubokunu qazanmaq üçün dəfələrlə çalışdım. İndi hər şey bitdi. Burada başladım və burada bitirdim”, – deyə Neymar açıqlamasında bildirib. O, 2010-cu ildə “Metlayf” stadionunda ABŞ-a qarşı yoldaşlıq oyununda millidə debütünü xatırlayıb.