Cəbrayıl kubokunda kim qalib oldu?

“Karabakh is Azerbaijan” seriyası çərçivəsində ilk turnir keçirilib. Allsport.az saytının məlumatına görə, chess.az-ın təşkil etdiyi yarışının ilk rəqabəti “Jabrail Cup”da Azərbaycan və Türkiyə şahmatçıları mübarizə aparıblar.

Ümumilikdə 67 şahmatçının iştirak etdiyi sınaqda qalib adını azərbaycanlı Elnur Mehdiyev (10 xal) qazanıb. 2-ci və 3-cü yerlərdə müvafiq olaraq, Orxan Bağırov (8 xal) və Kənan İsbatov (6 xal) qərarlaşıblar.

Ümumilikdə, bu mübarizə 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir mücadilə işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. 8 yarışın hər birində ilk 6 yeri tutanlar böyük finala düşmək üçün xallar toplayacaqlar.

Həmin kateqoriyadan