AÇ-2020-nin formatından şikayətləndi: “Bu gün Romada, bir neçə gün sonra Bakıda olurdular”

UEFA-nın prezidenti Aleksandr Çeferin açıqlama verib. Allsport.az xəbər verir ki, sloveniyalı funksioner Avropa çempionatlarının bundan sonra fərqli ölkələrdə keçirilməyəcəyini deyib:

“Bəzi komandaların 10 min kilometrdən çox məsagə qət etməsi, bəzilərinin isə cəmi 1000 km yolda olması doğru deyil. Buna daha dəstək olmaram. Bu format asan deyildi. Azarkeşlər üçün də rahat deyildi. Bu gün Romada, bir neçə gün sonra Bakıda olurdular. Bu iki şəhər arasında 4-5 saatlıq yol var. Maraqlı formatdır, amma bir daha bunun baş verəcəyinə inanmıram.

Əlbəttə, xüsusi turnir oldu. Həyat normallaşmağa başladı, azarkeşlər geri döndülər. Möhtəşəm oyunlar və sürpriz nəticələrlə dolu olan çempionatdır. Əvvəlcə belə bir çempionat olmamışdı Finala ən yaxşı iki komanda qaldı. Səbirsizliklə oyunu gözləyirəm. Londonda çoxlu italiyalı yaşayır. Əminəm ki, “Uembli”də möhtəşəm atmosfer olacaq”.

İsveçrə qrup matçlarında 15 min 485 km yol qət edib. Ən az yolda olan komanda isə Şotlandiyadır – 1108 km.

Avropa çempionatına Bakı da ev sahibliyi edib. Paytaxtımızda 3 qrup, 1 1/4 final matçı keçirilib.

Həmin kateqoriyadan