Çellini dövrü başa çatdı

Corciyo Çellini peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib.

Allsport.az xəbər verir ki, bu barədə rəsmi açıqlamanın bir neçə gün sonra veriləcəyi gözlənilir.

İtaliya millisinin sabiq futbolçusu, yığma komandanın heyətində 561 matçda 36 qol vurub. Kyellini 9 dəfə İtaliya çempionu olub, 5 dəfə İtaliya kubokunu və superkuboku qazanıb. Milli komandası ilə 2020-ci il Avropa çempionatının qalibi olub.

Karyerası ərzində 4 klubda – “Livorno”, “Fiorentina”, “Yuventus” və “Los Anceles”də çıxış edib.

Həmin kateqoriyadan