YENİLƏNİB
Liderlərin növbəti qələbəsi

Bu gün Topaz Premyer Liqasında 20-ci tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

Öncə “Qarabağ” “Bakı” ilə münasibətlərinə aydınlıq gətirib. Qış fasiləsindən sonra ilk oyununa çıxan Ağdam klubunun ötən tur uduzmuş bakılıları məğlub edəcəyi şübhə doğurmurdu. Gözlənildiyi kimi, Qurban Qurbanovun komandası bu görüşdə böyük hesabla üstün olub.

Turun qapanış matçında isə “Xəzər Lənkəran” “İnter”i qəbul edib. Heyətini xeyli gəncləşdirən cənub təmsilçisi bu görüşdə elə də şanslı sayılmırdı. Baxmayaraq ki, Elbrus Məmmədovun rəhbərliyi altındakı ilk oyununda “Simurq”a uduzan “Xəzər Lənkəran” doğma meydan amilindən maksimum yararlanıb sürprizə imza ata bilərdi. Çempionluq uğrunda mübarizə aparan “İnter” isə səfərdə oynamasına baxmayaraq, ötən turdakı xal itkisini unutdurmaq istəyindəydi. Elə qələbə də məhz paytaxt təmsilçisinə nail olub.

Topaz Premyer Liqası
20-ci tur
7 fevral (şənbə)

“Qarabağ” – “Bakı” – 4:1 (3:1)
Qollar: M.Medvedev, 3 (1:0). A.Kərimov, 7-öz qapısına (2:0). N.Novruzov, 22-pen. (2:1). R.Almeyda, 26-pen. (3:1). R.Almeyda, 84 (4:1).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
“Bakı”: 12. Elxan Əhmədov, 6. Vüqar Bəybalayev, 15. Azad Kərimov, 19. Elton Hüseynov, 21. Elşad Manafov, 99. Kamil Nurəhmədov, 56. Qeyrət Əliyev, 7. Nuran Qurbanov, 11. Tural Qürbətov, 10. Nurlan Novruzov, 85. Jaba (k).
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 9. Raul Yaqubzadə, 2. Nicat Əsgərov, 45. Mahir Mədətov, 77. Ramazan Abbasov, 4. Ülvi Süleymanov, 16. Rüstəm Rüstəmli.
Baş məşqçi: İbrahim Uzunca.

“Xəzər Lənkəran” – “İnter” – 1:2 (0:1)
Qollar: M.Mirzəbəyov, 18 (0:1). M.Şpiçiç, 58 (0:2). F.Bayramov, 82-öz qapısına (1:2).
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 9. Bəhruz Teymurov, 11. Nurxan Mənsimzadə, 17. Kazım Kazımlı, 34. Elnur İsmayılov, 42. Kamran Abdullazadə, 96. Anar Babazadə.
Baş məşqçi: Elbrus Məmmədov.
“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 4. İvan Benites, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 24. Fuad Bayramov, 28. Baçana Sxadadze, 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 11. Asif Məmmədov, 12. Franko Nildo, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev.
Baş məşqçi: Kaxaber Sxadadze.

Turun digər oyunları: “Qəbələ” – AZAL – 0:1, “Neftçi” – “Simurq” – 0:0.

Bombardir:
10 – Nurlan Novruzov (“Bakı”).

Həmin kateqoriyadan