“COVİD-19 mənə nüfuzlu “Tata Steel” superturnirində iştirakıma imkan vermədi”

Şəhriyar Məmmədyarov “Tata Steel” superturnirinə qatılmamasının səbəbini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, qrossmeysterimiz bu barədə İinstaqram səhifəsində paylaşım edib:

“Əziz dostlar və şahmatsevərlər! “Tata Steel” turnirində əvəz olunmağıma aydınlıq gətirmək istərdim. Bir çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVİD-19 virusuna yoluxmuşdum. Bir müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım.

Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm. Buna baxmayaraq, hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Jeroen van den Bergdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim.

“Ümüdvaram ki , “Tata Steel” turnirinin növbəti illərdə qonağı olaraq sizləri öz oyunlarımla sevindirmək imkanım olacaq. Fürsətdən istifadə edərək, qeydimə qalan həkimlərə və tibb bacılarına mənə göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm. Hamınız xoşbəxt və sağlam olun!”

Həmin kateqoriyadan