Cüdo federasiyasından 20 yanvar şəhidlərinə ehtiram

1990-cı il qanlı yanvar faciəsindən 29 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub. Allsport.az saytı xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il insan axını onların adını daşıyan xiyabana üz tutur. Bu il də yüz minlərlə insan şəhidlərimizi yad edib.

Cüdo federasiyasının rəhbərliyi və kollektivi də qanlı yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad etdilər. Məşqçilər, idmançılar, eləcə də cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Həmin kateqoriyadan