FOTO
Cüdoçularımız 100 ailəyə yardım etdi

Cüdo üzrə milli üzvləri Heydər Əliyev fondunun “Biz birlikdə güclüyük” sosial aksiyasına qoşulublar. Allsport.az xəbər verir ki, olimpiya oyunları, dünya və Avropa çempionatlarının mükafatçıları olan cüdoçuları onlara verilən prezident mükafatından 100 ailəyə yardım göstəriblər və bütün idmançı dostlarını da imkansız ailələrə yardım etməyə səsləyiblər.

Cüdo üzrə həm kişilər, həm də qadınlardan ibarət milli komandalarının təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına əsasən çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də maddi yardıma ehtiyacı olan insanlara və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.

Milli komandanın kapitanı, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlixadə və Rio olimpiadasının gümüş medalçısı, Avropa və dünya çempionatının mükafatçısı Elmar Qasımov 100 ailəyə baş çəkərək onlara ərzaq paylayıblar.

Həmin kateqoriyadan