VİDEO
Dadaşov qol vurdu, ən yaxşı seçildi

Portuqaliyanın “Tondela” komandasının futbolçusu Renat Dadaşov premyer liqanın 7-ci turunda “Famalikan”ı məğlub etdikləri oyundan (3:2) sonra fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, komandasına qələbə qazandıran qolu vuran və oyunun ən yaxşısı seçilən azərbaycanlı hücumçu, bunları deyib:

“Mənim üçün əsas olan komandamın qələbə qazanmasıdır. Komanda yoldaşlarım olmasaydı, bu qolu vura bilməzdim.

90 dəqiqə çalışdıq və özümüzə inandıq. Biz böyük xarakteri olan futbolçulardan ibarət bir komandayıq. Oyunu birlikdə qazandıq. Qələbə tək mənim deyil, bütün komandanındır. Bu mükafat tək mənə deyil, bütün komandaya məxsusdur. Bu qələbə bizim üçün çox vacib idi”.

Renat Dadaşov “Famalikan”la matçın ən yaxşı oyunçusu seçilib.

22 yaşlı hücumçu Azərbaycan milli komandasının da üzvüdür.

Həmin kateqoriyadan