Dadaşovun klubu darmadağın oldu

Almaniyanın qərb regional liqasında 17-ci turun oyunları keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin 2-ci komandası səfərdə “Oberhauzen”lə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Şalke II” bu nəticədən sonra 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan