Daha 2 iştirakçı

17-24 dekabrda paytaxtda Avropa çempionu Vüqar Həşimovun xatirəsinə superturnirinin daha 2 iştirakçısı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, rəqabətə Qukeş Dommaracu və yerli idmançı Aydın Süleymanlı da qoşulacaqlar.

2012-ci məktəblilər arasında Asiya, 2018-ci ildə isə 12 yaşadək şahmatçılar arasında dünya çempionu olan ​ hindistanlı, 12 yaşında qrosmeyster tituluna yiyələnib. Hindistan təmsilçisi tarixdə ikinci ən gənc qrosmeyster adına sahib olan şahmatçıdır. O, 2022-ci ildə Hindistanın Çennai şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında birinci lövhədə qızıl medal qazanıb. ​

Yeniyetmələr arasında dünya və 2-qat Avropa çempionu, “Aeroflot Open 2020” turnirinin qalibi olan A.Süleymanlı isə 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa kuboku yarışında bürünc medala sahib olub. Qrosmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub.

Öncə Şəhriyar Məmmədyarov və Rumıniya təmsilçisi Riçard Rapportun iştirakı açıqlanmışdı. On şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq.

Yarış Vüqar Həşimov şahmat fondunun təşkilatçılığı, gənclər və idman nazirliyinin və Azərbaycan şahmat federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Alov qüllələri” mehmanxanasında baş tutacaq.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish