- Baxış sayı: 44
- 24 Sentyabr 2026 22:29
- Baxış sayı: 77
- Sentyabr 24, 2026
- 0
Rio-2016-da boksçuların yarışında millimizin daha 3 üzvü rinqə çıxacaq. Allport.az saytı xəbər verir ki, oyunların 5-ci günündə Kamran Şahsuvarlı (75 kq) 1/16 finalda çinli Zao Minqqanqla qarşılaşacaq. Görüş saat 19:15-də start götürəcək.
Sonra Albert Səlimov (60 kq) yumruğunun işə salacaq. O, 1/8 finalda saat 00:45-də irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirəcək.
2-qat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) 1/16 finalda mərakeşli Məhəmməd Arjaoui ilə görüşəcək. Döyüş saat 02:00-da başlayacaq.