- Baxış sayı: 40
- 21 Sentyabr 2026 21:06
- Baxış sayı: 229
- Sentyabr 17, 2026
- 0

Formula-1 üzrə dünya çempionu Lando Norris “Maklaren”lə yeni müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı britaniyalı pilot Uokinq təmsilçisi ilə əməkdaşlığını ən azı 2030-cu ilin sonunadək davam etdirəcək.
Razılaşmada müqavilənin müddətini daha bir neçə il uzatmağa imkan verən bəndin yer aldığı bildirilib.
Norris 2019-cu ildən İngiltərə komandasının əsas pilotudur. O, ötən mövsüm karyerasında ilk dəfə Formula-1 üzrə dünya çempionu titulunu qazanıb.