“Bu komanda ikinci ailəm kimidir”

“Bu komanda ikinci ailəm kimidir”

Formula-1 pilotu Maks Verstappen “Red bull” komandası ilə müqaviləsini 2030-cu ilin sonunadək uzatması barədə fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, dördqat dünya çempionu yeni sözləşməsinin müddəti ilə bağlı bunları deyib:

“Bu komanda mənim üçün ikinci ailəm kimidir. Bu komanda ilə uğurlar qazandığım üçün xoşbəxtəm. Uzun müddətdir ən yüksək səviyyədə çıxış edirik. İnanıram ki, qarşıda bizi daha çox qələbə gözləyir. Yenidən zirvəyə qayıtmaq və mümkün qədər çox yarış qazanmaq istəyirəm. Ümid edirəm ki, yeni zirvələr fəth edə biləcəyik”.

Verstappen 2016-cı ildən “Red bull”un heyətində çıxış edir.

Həmin kateqoriyadan