Qaydası açıqlanıb

Qaydası açıqlanıb

Beynəlxalq avtomobil federasiyası Bakıdakı Formula-2 turnirinin iki sıralanma sessiyası və iki əsas yarışdan ibarət genişləndirilmiş həftəsonu formatını təsdiqləyib.

Allsport.az xəbər verir ki, Formula-1 üzrə Azərbaycan qran prisi Azərbaycanın 27 sentyabrda qeyd olunan “Anım günü” ilə üst-üstə düşməsin deyə daha əvvəl bazar günündən şənbə gününə keçirilib və bütün həftəsonu proqramı bir gün irəli çəkilib.

İndi isə F-2-nin 12-ci mərhələsi də bu dəyişikliyə uyğunlaşdırılacaq və kifayət qədər genişləndirilmiş formatda keçiriləcək.

Bu, Formula-2-də cari mövsümdə bir həftəsonunda birdən çox əsas yarışın keçiriləcəyi yeganə mərhələ olacaq.

Azərbaycan qran prisinin yeganə dəstək seriyası kimi çıxış edən pilotlar cümə axşamı səhər 45 dəqiqəlik sərbəst məşq sessiyasına çıxacaqlar. Bunun ardınca cümə axşamı günortadan sonra ardıcıl olaraq iki 20 dəqiqəlik sıralanma sessiyası keçiriləcək.

Sprint yarışı və ilk əsas yarış cümə günü, ikinci əsas yarış isə şənbə günü səhər Formula-1 yarışından əvvəl baş tutacaq.

Xatırladaq ki, Azərbaycan qran prisi sentyabrın 24-26-da baş tutacaq.

Həmin kateqoriyadan