- Baxış sayı: 60
- 31 Avqust 2026 10:41
- Baxış sayı: 9
- Sentyabr 01, 2026
- 0

Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan qran prisinə hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq yeni tribuna quraşdırılıb.
Allsport.az xəbər verir ki, “şəhər” adlanan yeni tribuna Azərbaycan dövlət akademik musiqili teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.
Yeni tribunanın istifadəyə verilməsi ilə Bakı şəhər halqasında tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.
Yerli və xarici azarkeşlərin Azərbaycan qran prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.
2025-ci ildə keçirilmiş Formula-1 üzrə Azərbaycan qran prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirak qeydə alınıb.
Xatırladaq ki, Azərbaycan qran prisi sentyabrın 24-26-da keçiriləcək.