- Baxış sayı: 22
- 02 Noyabr 2026 10:00
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

“Mercedes”in britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə 2026-cı il dünya çempionatının Avstriya Qran-prisində qalib olub.
Allsport.az saytı xəbər verir ki, mövsümün səkkizinci mərhələsində “Red Bull” pilotu Maks Verstappen ikinci yeri tutub.
Dördqat dünya çempionu bununla cari mövsümdəki ən yaxşı nəticəsinə imza atıb.
Ümumi sıralamanın lideri Kimi Antonelli isə yarışı üçüncü pillədə başa vurub. “Mercedes”in italiyalı pilotu podiuma yüksəlməklə liderliyini qoruyub.